Tiaqo Alkantara "Bavariya"dakı karyerasını davam etdirəcək.
Fanat.Az "Sport Bild"ə istinadən xəbər verir ki, "Bavariya" Tiaqonun müqaviləsini yeniləyəcək. Tərəflər bütün detalları razılaşdırıblar. Münhen klubunun bu həftə bu barədə rəsmi açıqlama yayacağı gözlənilir.
İspan futbolçunun hazırkı sözləşməsi 2021-ci ilin yayında başa çatacaq. Tiaqo cari mövsümdə Bundesliqada 22 matçda meydana çıxıb və 3 dəfə rəqib qapılarına yol tapıb.
Daha əvvəl "Bavariya" Tomas Müller və Alfonso Deyvislə müqavilə yeniləmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol