Kilian Mbappe PSJ ilə müqavilə yeniləməyə hazırdı.
Fanat.Az "As" nəşrinə istinadən xəbər verir ki, müqaviləyə, gələcəkdə müəyyən məbləğ qarşılığında "Real"a (və ya başqa top-kluba) transferinə icazə verən bənd daxil ediləcəyi təqdirdə, Mbappe PSJ ilə əməkdaşlığı uzatmağa razılıq verəcək.
Təzminat qiymətinin Paris təmsilçisinin Neymar üçün "Barselona"ya ödədiyi məbləğə - 222 milyon avro - yaxın olacağı güman edilir.
Bu, "Real"ın xeyrinə olmayacaq. Çünki Madrid klubu fransız hücumçunu, müqaviləsinin sonuna bir il qalmış - 2021-ci ilin yayında aşağı qiymətə transfer etmək niyyətində idi. Daha əvvəl "kral klubu" Eden Azarın keçidində bənzər strategiyadan istifadə etmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol