"Mançester Siti”nin hücumçusu Serxio Aquero Argentina futbolu tarixinin 5 ən yaxşı oyunçusunun adını açıqlayıb.
Fanat.Az xəbər verir ki, "Instagram”da canlı yayıma çıxan forvard sabiq qayınatası Dieqo Maradonanı ən yaxşılar arasına salmayıb. Təbii ki, futbolçunun təqibçilərinin böyük əksəriyyəti onun seçimi ilə razılaşmayıb, onun qərəzli və ədalətsiz seçim etdiyini yazıb.
Onun ən güclü saydığı oyunçuların siyahısı isə belədi: Xerman Burqos, Oskar Receri, Lionel Messi, Karlos Tevez, Xuan Roman Rikelme.
Qeyd edək ki, Aqueronun əfsanəvi futbolçunun qızından olan oğlunun xaç atası Messidi. Cütlük ayrılandan bəri 2009-cu ildə doğulan uşaq anası ilə yaşayır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol