Toni Ferqyuson 9 mayda UFC 249 turniri çərçivəsində Castin Qetji ilə qarşılaşacaq.
Fanat.Az "MMA Fighting"ə istinadən xəbər verir ki, Ferqyuson döyüş ərəfəsində koronavirus testindən keçib. "Bu gün mən və komandam koronavirus analizi verdik. Maraqlı təcrübə idi", - deyə amerikalı idmançı qeyd edib.
Qeyd edək ki, turnirin bütün iştirakçıları virusa görə testdən keçməlidilər.
Fanat.Az