Fransaya 0:10 uduzan futbolçularımız indi haradadırlar? - VİDEO
Azərbaycan yığması tarixində ən ağır məğlubiyyətini Fransa yığmasından alıb.
AVRO-1996-nın seçmə mərhələ matçı millimizin tarixinə "Oser faciəsi" kimi düşüb. Ağasəlim Mircavadovun baş məşqçisi olduğu komanda Oserin "İ Abbe-Deşams” stadionunda Eme Jakenin yetirmələrindən 10 cavabsız qol buraxıb. Bu, dünya və Avropa çempionu olan Fransa yığması tarixində hələ də ən böyükhesablı qələbədir.
Bu videoda siz 1995-ci ildə "Oser faciəsi"ndə iştirak edən Azərbaycan yığmasının heyəti barədə məlumat əldə edəcəksiniz. Fransaya 0:10 uduzan futbolçular kimlər idi və onların indiki taleyindən nə xəbər var?