Ötən yay peşəkar karyerasını bitirən Robbenin yaşıl meydanlara qayıdışı gündəmdədi.
Fanat.Az VTBL-ə istinadən xəbər verir ki, Robben "Botafoqo"nun maraq dairəsindədi. Braziliya klubunun vitse-prezidenti məlumatı təsdiqləyib. Funksionerin sözlərinə görə, niderlandlıya sərfəli müqavilə təklif ediblər:
"Robbenlə əlaqə saxladım və təklifimizi irəli sürdüm. O, təklifdən məmun qaldı. Bu, asan olmayacaq, çünki Aryen bir müddətdi futboldan uzaqdı. Karyerasını bərpa etmək qərarına gəlsə, başqa yerlərdə təklif olunan məvaciblərlə müqayisədə bizdə 4 dəfə daha çox qazana bilər".
Robbenin hazırda 36 yaşı var. O, bu yaxınlarda verdiyi açıqlamada futbol üçün darıxdığını bildirmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol