"Milan"ın baş məşqçi postuna əsas namizəd hesab olunan Ralf Ranqnik artıq transfer hədəflərini müəyyənləşdirib.
Fanat.Az "Sport Mediaset"ə istinadən xəbər verir ki, Ranqnik Dayo Upamekano ("Layptsiq"), Dominik Soboslai ("Zaltsburq"), Rolando Mandraqor ("Udineze"), Mario Qötse (Dortmund "Borussiya"sı) və Luka Yoviçi ("Real") komandasında görmək istəyir.
Alman mütəxəssisin təyinatı reallaşacağı təqdirdə, hücumçu Zlatan İbrahimoviç və texniki direktor Paolo Maldininin "Milan"dan ayrılacağı gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol