Lukas Paketa "Milan"ı tərk etmək niyyətindədi.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Paketa "Milan"dan ayrılmaq istəyi barədə klub rəhbərliyini məlumatlandırıb. "Qırmızı-qaralar"ın "Fiorentina"nın təklifini dəyərləndirəcəyi gözlənilir.
Braziliyalı futbolçunun "Milan"la olan müqaviləsi 2023-cü ildə başa çatır. "Transfermarkt"a görə, onun transfer dəyəri 22,5 milyon avro təşkil edir.
Paketa 2019-cu ilin yanvar ayında 38,4 milyon avro qarşılığında "Flamenqo"dan transfer edilmişdi. "Milan" forması ilə 36 matçda meydana çıxan 22 yaşlı oyunçunun aktivində 1 qol, 3 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol