PSJ-nin hücumçusu Neymar Braziliya millisindəki komanda yoldaşı Dani Alvesi doğum günü münasibətilə təbrik edib.
"Təbriklər, Dani. Tanrı səni qorusun. Sənə dünyanın bütün nemətlərini arzulayıram. Sən futbolun mənə bəxş etdiyi qardaşsan".
Braziliyalı cinah müdafiəçisi komanda yoldaşına təşəkkür edib: "Səni sevirəm, qardaşım. Çox darıxmışam".
Qeyd edək ki, Dani Alves mayın 6-da 37 yaşına qədəm qoyub.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol