Fransa Liqa 1-in erkən başa çatması klubların yardım kampaniyalarına dəstəyinə təsir göstərməyib.
Fanat.Az xəbər verir ki, ölkə çempionu PSJ aclıqla mübarizə aparan "Action contre la Faim" təşkilatına 100 min avro bağışlayıb. İanə sayəsində ACF təxminən 100 min qoruyucu maska, 3 min gözlük, 1500 təkrar istifadə üçün nəzərdə tutulmuş əlcək, min qoruyucu xalat, 2 min dezinfeksiyaedici gel və 200 termometr ala bilər.
Məbləğ hazırkı periodda koronavirusla mübarizə məqsədilə istifadə ediləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol