Niderland millisinin baş məşqçisi Ronald Kuman səhhəti ilə bağlı məlumat verib.
Fanat.Az xəbər verir ki, ürəyindəki problemlər üzündən əməliyyat olunan 57 yaşlı mütəxəssis özünü yaxşı hiss etdiyini söyləyib:
"Ötən həftəsonu mənim üçün pis alındı. Artıq hər şey geridə qalıb. İndi özümü əvvəlki kimi sağlam hiss edirəm. Heç yerim ağrımır, gümraham. Həkimlər yaxşı iş gördülər. Top yenidən yuvarlanmağa başlayanda mən də hazır olacağam".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol