"Azerreyl" klubu heyətini yeni voleybolçu ilə gücləndirib.
Fanat.Az xəbər verir ki, bu barədə Bakı təmsilçisinin rəsmi "Facebook" səhifəsi xəbər yayıb.
Slovakiyalı hücumçu Romana Hudekova ilə 2020/21 mövsümü üçün müqavilə imzalanıb.
27 yaşlı, 178 sm boya malik hücumçu son mövsümü Albaniyanın "Partizani” klubunda keçirib. Hudeçova daha öncə "Nitra”, "Slaviya” və "Strabak” komandalarının şərəfini qoruyub. Hücumçu 3 dəfə Slovakiya çempionu, 1 dəfə ölkə kubokunun sahibi olub. O, 2010-cu ildən Slovakiyanın gənclər, 2013-cü ildən əsas yığmasının formasını geyinir.
Qeyd edək ki, "Azərreyl” daha öncə sloveniyalı Moytsa Pene ilə müqavilə bağlayıb.
Fanat.Az