"Yuventus"un yarımmüdafiəçisi Miralem Pyaniç karyerasını İspaniyada davam etdirə bilər.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Pyaniç "Barselona"ya keçməyə razılıq verib. "Yuventus" rəhbərliyi artıq bu barədə məlumatlıdı. Hazırda klublar arasında danışıqlar gedir. "Qoca sinyora" Pyaniçin transferini 60 milyon avro dəyərində qiymətləndirir.
Daha əvvəl "Barsa"nın 30 yaşlı futbolçu qarşılığında Arturu "Yuve"yə göndərəcəyinə dair xəbərlər yayılmışdı.
Pyaniçin Turin təmsilçisi ilə müqaviləsi 2023-cü ildə başa çatır. O, cari mövsümdə A Seriyasında 22 oyunda meydana çıxıb və 3 qol, 4 məhsuldar ötürmə ilə yadda qalıb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol