La Liqa prezidenti Xavyer Tebas Primero və Sequndada 8 nəfərin (onlardan beşi futbolçudu - Fanat.Az) koronavirus testinin müsbət nəticə verməsini şərh edib.
Fanat.Az xəbər verir ki, 57 yaşlı funksioner "Movistar" telekanalının efirində analiz nəticələrina münasibət bildirib:
"2500 test keçirildiyini nəzərə salsaq, bunun futbol ictimaiyyəti və ümumilikdə İspaniya üçün yaxşı xəbər olduğunu deyə bilərik. Biz 25-30 nəfərdə koronavirus aşkarlanacağını gözləyirdik.
Çərşənbə axşamı xəstə oyunçular daha bir testdən keçəcəklər. Onlar sağalmağa yaxındılar".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol