"Mançester Yunayted”də dörd oyunçu var idi ki, ser Aleks Ferqyuson onların üstünə heç vaxt qışqırmırdı: Erik Kantona, Brayan Robson, Roy Kin və Kriştianu Ronaldu”.
Fanat.Az xəbər verir ki, bu sözləri beIN Sports-a MY-nin canlı əfsanəsi Rayan Giqqz deyib.
Hazırda Uels millisini çalışdıran veteran yarımmüdafiəçi söylədiklərini belə əsaslandırıb: "Baş məşqçinin danlamadığı, üstünə qışqırmadığı oyunçuların hamısı bizə qələbələr gətirən futbolçular idi. Elə oyun olurdu ki, Erik Kantona nə qol vurur, nə də Runi kimi meydanda "qara iş” görürdü. Özlüyümüzdə ser Aleksin ona bir-iki kəlmə yaxşı söz deməsinin vaxtının çatdığını düşünürdük. Amma baş məşqçi yenə heç nə demirdi. Növbəti matçda Kantona hansısa görüşün taleyini təkbaşına həll edir, inanılmazı reallaşdırırdı. Ferqyuson hər oyunçuya fərdi yanaşmağı bacaran, insan psixologiyasını bilən çalışdırıcı idi. Ulduzlarla işləməyi əla bacarırdı. Bir futbolçunun bacardığından da artığını edə bilməsinə ümumi balansı pozmadan şərait yaradırdı”.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol