"Barselona" və "Yuventus" arasında Miralem Pyaniçin transferi ilə bağlı danışıqlar davam edir.
Pyaniçin "Barselona"da oynamaq istədiyi bildirilir. Fanat.Az "Diario Sport"a istinadən xəbər verir ki, bosniyalı futbolçu katalon klubuna görə "Mançester Yunayted" və PSJ-nin təkliflərini rədd edib.
"Barsa" və "Yuve"nin 4 illik müqavilənin şərtlərini müzakirə etdiyi bildirilir.
Cari mövsümdə İtaliya A Seriyasında 22 matçda meydana çıxan Pyaniçin aktivində 3 qol, 4 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol