"Breşiya"nın dayaq yarımmüdafiəçisi Sandro Tonali "İnter"ə keçmək üzrədi.
Fanat.Az "Corriere dello Sport"a istinadən xəbər verir ki, Tonali karyerasını "İnter"də davam etdirmək qərarına gəlib. Növbəti "transfer pəncərəsi"ndə keçidin reallaşacağı gözlənilir.
"İnter"in 20 yaşlı futbolçunu icarəyə götürəcəyi bildirilir. "Neradzurri" müddətin tamamında 50 milyon avro ödəyərək Tonalini heyətinə qatmaq haqqına sahib olacaq.
Cari mövsümdə 24 matçda meydana çıxan italiyalı oyunçunun aktivində 1 qol, 5 məhsuldar ötürmə var. Oyun tərzinin Andrea Pirloya oxşarlığı səbəbindən Tonalini "yeni Pirlo" adlanırırlar.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol