"Derbi Kounti"də çıxış edən Ueyn Runininin həyat yoldaşı Kolin Runi "Lester"in forvardı Ceymi Vardinin xanımı Rebekka Vardini məhkəməyə verir.
Fanat.Az xəbər verir ki, Kolin Runi keçmiş rəfiqəsini ş?xsi məlumatlarını mətbuata ötürməkdə ittiham edir. Rebekka Vardi isə ittihamları qəbul etmir və əsassız adlandırır.
Lakin Kolin Runinin əlində Rebekka Vardiyə qarşı kifayət qədər sübutun olduğu bildirilir.
Qeyd edək ki, Kolin və Rebekka yaxın rəfiqə olub. Daha sonra onların münasibətləri pozulub.
Fanat.Az