Almaniyanın "Ertsgebirge" klubunun oyunçularından koronavirusla bağlı yenidən analiz götürülüb.
Fanat.Az xəbər verir ki, bu barədə Aue təmsilçisinin rəsmi saytı məlumat yayıb. Bütün testlərin nəticələri mənfi olub. Testdən keçirilənlər arasında "Ertsgebirge"də çıxış edən Azərbaycan millisinin futbolçusu Dmitri Nazarov da olub.
Qeyd edək ki, "Ertsgebirge" mayın 16-da doğma meydanda "Zandhauzen"i qəbul edəcək. Oyun azarkeşsiz keçiriləcək.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol