Unay Emeri yenidən "Valensiya"nı çalışdıra bilər.
Fanat.Az "Marca"ya istinadən xəbər verir ki, "Valensiya" Emerinin xidmətində maraqlıdı. 48 yaşlı mütəxəssisin ətrafı da təyinatı dəstəkləyir.
Hazırda "yarasalar"ın baş məşqçisi Albert Seladesdi. Onun müqaviləsi 2021-ci ilə kimi nəzərdə tutulub. Komanda La Liqada 27 turdan sonra 7-cidi.
Emeri 2008-2012-ci illər aralığında "Valensiya"da işləyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol