"Yuventus" yay "transfer pəncərəsi"ndə "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanı heyətinə qatmaq niyyətindədi.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, "Yuve" transfer qiymətini aşağı salmaq üçün bir neçə oyunçusunu qarşı tərəfə göndərməyə razıdı. "Qoca sinyora" fransız futbolçuya görə Federiko Bernardeski, Duqlas Kosta və Adrien Rabyodan imtina etməyə hazırdı.
Poqba 2012-2016-cı illər aralığında "Yuventus"da çıxış edib. MY 2016-cı ildə onun transferinə görə 105 milyon avro ödəmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol