Meksikalı futbolçu Conatan dos Santos sosial şəbəkələrdə müzakirələrə səbəb olan foto paylaşıb.
Fanat.Az "The Sun"a istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi "Instagram"da Amerika əsilli model sevgilisi Amanda Trivizasla yataqda çəkilmiş şəklini yayıb.
Futbolçu bu fotoya görə sərt tənqidlərə məruz qalıb. Səbəb fotoda modelin sinəsinin tam açıq olmasıdı.
Qeyd edək ki, dos Santos karyerası ərzində "Barselona" və "Vilyarreal"da çıxış edib. 2017-ci ildən ABŞ-ın "Los Anceles Qelaksi" klubunda forma geyinən futbolçu Meksika millisində keçirdiyi 47 oyunda 3 qol vurub.
Fanat.Az