"Bavariya" "Mançester Siti"nin vingeri Leroy Saneni transfer etmək üçün cəhdlərini davam etdirir.
Fanat.Az "The Telegraph"a istinadən xəbər verir ki, "Bavariya" Saneyə görə 50 milyon funt ödəməyə hazırdı. Münhen klubu daha əvvəl transferi aşağı qiymətə həll etməyə çalışsa da, artıq rəhbərliyin yeganə düşüncəsi "Mançester Siti"ni razı salmaqdan ibarətdi.
Daha əvvəl "Bavariya"nın 24 yaşlı futbolçu ilə 5 illik müqavilənin şəxsi detallarını razılaşdırdığına dair xəbərlər yayılmışdı.
Sanenin "şəhərlilər"lə olan müqaviləsi 2021-ci ilin yayında başa çatır.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol