15:41 14.05.2020 1099

Klublar çempionatın bərpasını istəyir - AFFA iclas keçirdi

Bu gün AFFA-nın təşəbbüsü ilə Klublar Komitəsinin videokonfrans formatında iclası keçirilib.

Fanat.az AFFA-nın saytına istinadən xəbər verir ki, AFFA, PFL və Premyer Liqa klubları rəsmilərinin iştirak etdiyi iclasda əvvəlcə AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədov çıxış edərək toplantının keçirilmə qaydaları və müzakirə olunacaq məsələlər barədə danışıb. E.Məmmədov qeyd edib ki, COVID-19 pandemiyası ilə əlaqədar stadionların və digər idman qurğularının dezinfeksiya olunması, çempionat bərpa olunacağı təqdirdə oyunlarda əvəzetmə sayının müəyyənləşdirilməsi, futbolçuların müqavilə müddəti və icarə əsasında çıxış edən oyunçularla bağlı suallara aydınlıq gətirilməsi, kubok oyunlarının təqvimi və uşaq liqalarında oyunların keçirilib-keçirilməyəcəyi əsas müzakirə mövzusu olan məsələlərdir.

Sonra Peşəkar Futbol Liqasının texniki idman şöbəsinin rəisi Elgiz Abbasov klubların məşqə başlayacağı təqdirdə ölkə çempionatının hansı tarixlərdə bərpa olunacağı ilə bağlı mümkün variantlar barədə məlumat verib. Cari mövsümün hələ ki başa çatmaması və yekun turnir cədvəlinin olmaması nəzərə alınaraq, klub nümayəndələri klubların adının əlifba sırasına uyğun qaydada çıxış edib.

Müvafiq olaraq, "Keşlə”, "Qarabağ”, "Qəbələ”, "Neftçi”, "Sabah”, "Səbail”, "Sumqayıt” və "Zirə” klubunun rəsmiləri müzakirə olunan məsələlər barədə fikirlərini bildirib, onları maraqlandıran sualları səsləndiriblər. Bütün klubların nümayəndələri stadion və bazalarda müvafiq dezinfeksiya işlərinin aparıldığını bildirib.

Çempionat oyunlarında 3 fasilə olmaq şərtilə 5 əvəzləmənin həyata keçirilməsi təklifi bütün klublar tərəfindən dəstəkləndiyi üçün məsələnin İcraiyyə Komitəsinin növbəti iclasında gündəliyə daxil olunması qərara alınıb. Kubok oyunlarının təqviminin dəqiqləşdirilməsi üçün Premyer Liqanın mümkün bərpa tarixinin gözlənilməsi barədə razılıq əldə olunub.

Birinci divizion və uşaq liqalarında oyunların keçirilməsi məsələsinə aydınlıq gətirilməsi COVID-19 pandemiyası ilə bağlı tətbiq olunan karantin rejimi və Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarlarına əsasən tənzimlənəcək.

Premyer Liqa klublarının məşqçi və oyunçu heyətinin koronavirus testindən keçirilməsi ilə bağlı AFFA-nın tövsiyəsinə cavab olaraq, bütün klublar bildirib ki, artıq proses başlayıb və davam edir.

İcraçı vitse-prezident Elxan Məmmədov testlərin keçirilməsi üçün hər bir Premyer Klubuna AFFA tərəfindən maliyyə yardımı göstəriləcəyini və müvafiq vəsaitin mayın 15-də klubların hesabına köçürüləcəyini bildirib.

Premyer Liqa klublarının rəsmiləri Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarlarına uyğun, müvafiq tibbi təlimatlara riayət olunmaqla çempionatın bərpası ilə bağlı AFFA və PFL-in təkliflərini dəstəklədiklərini qeyd ediblər.
 


Fanat.Az
Redexphoto
Oxşar xəbərlər

phrase_var_core.lent

19 phrase_var_core.may 2025
01:16

İtaliya A Seriyası: "Napoli" də büdrədi, "İnter" də

00:40

İPL: "Arsenal" tək qolla qazandı

00:18

İspaniya La Liqası: "Barselona" öz meydanında uduzdu, "Real" səfərdə qalib gəldi

18 phrase_var_core.may 2025
23:57

Türkiyə Super Liqası: "Qalatasaray" 25-ci çempionluğunu darmadağınla qazandı

23:19

"Turan Tovuz"un əvəzedicilərindən inamlı qələbə

22:40

"Qarabağ" mükafatlandırıldı - VİDEO

22:13

"Lazım olduqca sponsorlarla dil tapacağıq" - Qurban Qurbanov

21:50

"Bizdə nədənsə zəiflərə qarşı antipatiya var" - Azər Bağırov

21:09

Mahir Emrelidən son oyunda het-trik - VİDEO

20:53

MPL: "Neftçi" də böyük hesabla qazandı, "Qarabağ" da

20:25

"Bu barədə hələ rəhbərliklə dəqiq söhbət etməmişik" -Elvin Məmmədov

19:54

Samir Abasov qələbədən sonra belə danışdı

19:15

Mahir Emreli "Nürnberq"lə qol şousu göstərərək vidalaşdı

18:40

Dünya çempionu iş yerini dəyişə bilər

17:53

Mahir Emreli "Ayntraxt"a 10 dəqiqəyə iki qol vurdu

17:24

MY finalda uduzsa...

16:48

Əminə Əliyeva Perucada çempion oldu

16:28

Futbol tarixinin ən yaxşı oyunçusu bilindi - Ronaldinyo "10-luğ"a düşdümü?

15:52

Futbol tarixinin ən yaxşı qapıçısı açıqlandı - Buffon 2-ci oldu

15:16

Azərbaycanın stolüstü tennisçiləri Çinə yollandılar

14:43

1-ci Liqa: Son turun oyun cədvəli bilindi

14:26

Azərbaycanın 8 boksçusu 1/4 finala yüksəldi

13:45

"Zirə" büdcəsini açıqladı

13:10

MPL: Son turun oyun cədvəli bəlli oldu

12:48

"Sabah" Rusiyadakı turnirdə 2-ci oldu

12:27

"Üç qol vurduqsa, üç real fürsəti də qaçırdıq" - Füzuli Məmmədov

11:44

37 yaşlı Di Mariya bu kluba keçməyə yaxındır

11:13

"Sportinq" 21-ci dəfə Portuqaliya çempionu oldu

10:47

Şerki "Olimpik Lion"dan gedəcəyini təsdiqlədi

09:48

"O komandanı çalışdırmaq ən böyük məqsədimdir" - Leonardo Bonuççi

09:05

Günün oyunları bu kanallarda - AFİŞA

02:11

Fransa Liqa 1: Kvaratsxeliya qapını bərk çırpdı

17 phrase_var_core.may 2025
23:39

Almaniya Bundesliqası: Mövsümə yekun vuruldu

23:05

20-ci mükafatçı – “Araz-Naxçıvan”

22:38

"Mançester Siti" İngiltərə Kubokunu qazana bilmədi

22:03

"Son ev oyunumuzda qələbə qazanmaq istəyirdik" - "Sumqayıt"ın məşqçisi

21:36

"Layiqli qələbə qazandıq" - Kurban Berdiyev

21:18

Rəşad Sadıqov "Sabah"la oyunu belə dəyərləndirdi

20:55

Berezutski "Zirə" ilə oyunun nəticəsindən razı qalmayıb

20:33

Yamal sabiq məşqçisinə təşəkkür etdi: "Onsuz bu uğuru qazana bilməzdik"

phrase_var_core.fb
X