Georgi Nikolov
Qafqaz mürəkkəb məsələdi. Orda bir il yaşamaq bir ömürə yetər. Bəs 11 il necə? Özü də bu müddəti Bakıda yüzlərlə azərbaycanlı dost-tanışın əhatəsində keçirmisənsə...
Taleyin hökmü ilə beynəlmiləl klubda - "İnter”də tanıdığım gürcü oğlanları da unutmayacam. İdman mətbuatından oxuduğum bir neçə müsahibə köhnə günləri yenə yada saldı.
Futbolçularımın adlarını bir-bir saymayacam. Hansınısa unudaram, xətrinə dəyər... Düzü, hazırda bir qədər qəmginəm. Nə meydanda topla necə rəqs etdiklərini görə bilirəm, nə də məşqçilərimizin "oyna” qışqırtısını.
Futbol klubunun prezidenti hər gün böyük problemlərlə qarşılaşır. Ancaq gürcü futbolçularım məni hamıdan az narahat edirdi. Onların yaşıl meydanda sərgilədiyi oyundan aldığım zövq bütün qaranlıq məqamları aradan qaldırırdı.
Hə, məhz belə... İndi o günlərdən ötrü darıxsam da, üzülmürəm. Məşhur kinorejissor Georgi Daneliyanın "Qəm yemə” filmində olduğu kimi...
Bu durumda dahi Vaxtanq Kikabidzenin "Molitva” (dua –red.) mahnısında dilə gətirdiyi sözlər də yerinə düşür:
"Пока Земля ещё вертится, пока еще ярок свет,
Господи, дай же ты каждому, чего у него нет...
И не забудь про меня."
(Hələ Yer fırlanır, gün işıldayır,
Tanrı, sən hərəyə olmayanı ver...
Və məni də unutma - red.)
Və O, məni unutmadı.
P.S. Yeri gəlmişkən, Lomaya səhv deyir. "Lex”lə Poznanda keçirilən cavab matçında gürcü qolkiperimiz bir yox, iki penalti qaytarmışdı...
Eksklüziv olaraq Fanat.Az üçün