PSJ "Milan"ın qolkiperi Pepe Reynanı transfer etməyi planlaşdırır.
Fanat.Az "Foot Mercato"ya istinadən xəbər verir ki, Reyna PSJ-də ehtiyat qapıçı olmağa hazırdı.
"Milan" "maaş yükü"nü azaltmaq üçün ispaniyalı ilə yolları ayırmaq niyyətindədi. Reyna hazırda ilinə 3 milyon avro qazanır.
37 yaşlı qolkiper yanvardan bəri icarə əsasında "Aston Villa"da çıxış edir. O, Premyer Liqada 6 matçda meydana çıxıb və qapısında 13 qol görüb.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol