Uzununa tullanma üzrə ikiqat Avropa çempionu Darya Klişina aldığı ən qəribə təklifdən danışıb.
Fanat.Az "Sports.ru”ya istinadən xəbər verir ki, rusiyalı yüngül atlet belə deyib: "Bu hadisə ABŞ-da olanda baş verib. "Instagram”da tanımadığım biri mənə fahişəlik xidməti təklif etdi. Belə şeylərin məni maraqlandırmadığını dedim. Yenə təkid etdi. Əl çəkmək istəmirdi. Verəcəyi böyük məbləği açıqladı. Əlbəttə ki, razılaşmadım... Sonra öz-özümə hansı səbəbdən məni belə qadına bənzətdiyini düşündüm”.