"Milan"ın hücumçusu Zlatan İbrahimoviç İtaliyaya qayıtdıqdan sonra iki dəfə koronavirus testi verib.
Fanat.Az Milannews.It saytına istinadən xəbər verir ki, İbrahimoviçin hər iki testinin nəticəsi neqativ çıxıb.
38 yaşlı futbolçu mayın 11-də İsveçdən Apenninə qayıtdıqdan sonra klubun məşq bazasında karantinə alınmışdı. Ancaq analizlərin neqativ çıxmasından sonra onun evə buraxılmasına icazə verilib. İbra komanda ilə məşqlərə başlamazdan əvvəl qan analizi verməli və tam tibbi müayinədən keçməlidi.
İtaliya A Seriyasının 13 iyunda bərpa ediləcəyi gözlənilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol