Türkiyənin "Erzurumspor" klubunda çıxış edən "Qarabağ"ın sabiq qapıçısı İbrahim Şehiç koronavirusa yoluxub.
Fanat.Az yerli KİV-ə istinadən xəbər verir ki, 1-ci liqa təmsilçisinin 11 üzvündə COVİD-19 virusu aşkarlanıb. Onlardan biri də bosniya və herseqovinalı qolkiperdi. Virusa yoluxanlardan 4-ü futbolçu, 1-i məşqçisi və 6-sı klub işçisidi.
Qeyd edək ki, İbrahim Şehiç "Qarabağ"da 2013-2018-ci ildə çıxış edib.
Fanat.Az