"İnter" Nikolo Barella ilə yolları ayırmaq niyyətində deyil.
Fanat.Az Fcinternews.It saytına istinadən xəbər verir ki, "Arsenal" Barellanı transfer etmək istəsə də, "İnter" qəti şəkildə "yox" cavabı verib. "Neradzurri" uzun müddət 23 yaşlı futbolçunun xidmətindən faydalanmağı planlaşdırır. Bu səbəbdən "topçular"ın baş məşqçisi Mikel Arteta diqqətini başqa yarımmüdafiəçiyə yönəltməli olacaq.
Cari mövsümdə 29 matçda meydana çıxan Barellanın aktivində 3 qol, 6 məhsuldar ötürmə var.
Daha əvvəl "Arsenal"ın "Atletiko"nun yarımmüdafiəçisi Tomas Parteyin təzminat məbləğini ödəməyə hazır olduğuna dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol