"Çelsi"nin hücumçusu Temmi Abraham yaşıl meydanlar üçün darıxıb. Bununla belə, ingilis futbolçu təhlükə tam aradan qalxana qədər gözləməyin tərəfdarıdı.
Fanat.Az xəbər verir ki, Abraham "The Sun"a müsahibəsində atasının astma xəstəsi olduğunu və bu səbəbdən ehtiyat etdiyini bildirib:
"Mənim üçün meydanda olmaq çox önəmlidi. Amma atam astma xəstəsidi. Odur ki, virusa yoluxmaq, yəqin ki, ən axırıncı istəyim olar. Desəniz ki, təhlükə tamamilə aradan qalxıb, bitdi, başqa məsələ... Amma hazırda vəziyyət fərqlidi. Ona görə də gözləməliyik.
Premyer Liqa rəhbərliyi və hökumət qərar qəbul etməlidi. Təhlükə aradan qalxdıqdan sonra mən oynamağa hazıram.
Əslində, atam məni yenidən futbol oynayarkən izləmək istəyir. Nə qədər həvəsli olduğumu bilir. O, mənim ən böyük fanatlarımdan biridi".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol