"Yuventus”un hücumçusu Qonzalo İquain Argentinadan İtaliyaya dönüb.
Fanat.Az xəbər verir ki, bu barədə "Football İtalia" məlumat yayıb.
32 yaşlı forvard tezliklə tibbi müayinədən keçəcək. Daha sonra onun 14 gün müddətində karantində qalacağı bildirilir.
Qeyd edək ki, İquain A Seriyasının koronavirus pandemiyası səbəbindən yarımçıq dayandırılmasından istifadə edərək vətəni Argentinaya getmişdi.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol