"Çelsi" bir neçə oyunçusunu sataraq heyəti yeniləmək niyyətindədi.
Fanat.Az ESPN-ə istinadən xəbər verir ki, "Çelsi" Temue Bakayoko ("Monako"da icarədədi), Markos Alonso, Emerson, Mişi Batşuayi və Davide Cappakosta ilə yolları ayırmağı planlaşdırır. Təkliflərə baxmayaraq, N'Qolo Kante və Jorjnyonun isə komandada qalacağı gözlənilir.
"Zadəganlar" sözügedən futbolçuların satışından əldə olunacaq gəliri transferlərə yönəldəcək. "Çelsi" Dortmund "Borussiya"sının vingeri Ceydon Sanço ilə hələ də maraqlansa da, rəhbərlik hazırkı böhran dövründə hansısa bir oyunçuya 120 milyon funt ödəməyin doğru addım olmadığını düşünür.
Baş məşqçi Frenk Lempardın siyahısında Ben Çiluell ("Lester"), Mussa Dembele ("Lion"), Timo Verner ("Layptsiq") və Pyer-Emerik Obameyanq ("Arsenal") kimi futbolçuların adları var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol