"Xetafe" və "Vilyarreal" klubları oyun alqı-satqısında ittiham olunur.
Fanat.Az "El Pais"ə istinadən xəbər verir ki, sözügedən matç 2019-cu ilin may ayında baş tutub və 2:2 hesablı bərabərliklə başa çatıb. Polis danışılmış oyunların təşkili ilə məşğul olan cinayətkar qrupun müəyyənləşdirilməsi ilə bağlı xüsusi əməliyyatlar çərçivəsində sözügedən qarşılaşmanı araşdırmağa başlayıb.
Jurnalistlər Karlos Aranda və Pako Esteban arasındakı səsyazısını ələ keçiriblər. Danışıq zamanı onların "Xetafe"nin hücumçusu Xorxe Molinanın adını xüsusi qeyd etmələri diqqət çəkib. Aranda görüşün dəqiq nəticəsi ilə bağlı müzakirə aparmaq üçün Estebana Molina ilə əlaqə yaratmağı təklif edib. Hər iki komandanın oyunçularına təxminən 2 milyon avro ödənildiyi iddia olunur.
Daha sonra Molina instaqram hesabı vasitəsilə iddiaları təkzib edib: "Deməm istəyirəm ki, mənim bu məsələ ilə heç bir əlaqəm yoxdu. Hüquqşünaslarım araşdırma aparırlar və onlar müvafiq qanuni tədbirləri görəcəklər".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol