Messi puerto-rikolu reperin klipi üçün Antonella ilə öpüşdü - VİDEO
"Barselona"nın hücumçusu Lionel Messi və həyat yoldaşı Antonella Rokutso Puerto-Rikodan olan reper Residentenin klipinə çəkiliblər.
"Antes Qe El Mundo Se Acabe" mahnısına çəkilmiş klip müxtəlif cütlərin öpüşərkən çəkilmiş görüntülərindən ibarətdi. Fanat.Az xəbər verir ki, Messi ilə yanaşı, Paulo Dibala da videoya çəkilib.
Klipdə məşhur aktyor Ben Afflekə də rast gəlmək mümkündü.