"Yuventus"un müdafiəçisi Corco Kyellini "Real"ın kapitanı Serxio Ramosun oyunçu keyfiyyətlərindən bəhs edib.
Fanat.Az "Football Italia"ya istinadən xəbər verir ki, italiyalı müdafiəçi Ramossuz "Real"ın tamamilə fərqli komandaya çevrildiyini bildirib:
"Ramosun özünə olan güvənini digərlərinə ötürmək bacarığı inanılmazdı. Ramos olmayanda Varan, Karvahal və Marselo kimi "vinner"lər belə, məktəbli kimi görünürlər.
Ramos olmayanda "Real" geriləyir, müdafiəsiz komandaya çevrilir. Əminəm ki, Ramos olsaydı, "Real" "Bernabeu"da "Ayaks"a 3 top fərqi ilə uduzmazdı. Nədən istəsəniz, mərcə girə bilərəm".
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol