"Napoli"nin hücumçusu Dris Mertens karyerasını "İnter"də davam etdirməyə yaxındı.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Mertens, onun xidmətində maraqlı olan "Çelsi"yə yox, "İnter"ə keçməyi üstün tutur. Belçikalı futbolçunun "Napoli" ilə müqaviləsi bu yay başa çatacağından, o, azad agent kimi "neradzurri"nin heyətinə qoşulacaq.
2019-20 mövsümündə 29 matçda meydana çıxan Mertensin aktivində 12 qol, 6 məhsuldar ötürmə var. Daha əvvəl 33 yaşlı forvardın Milanda mənzil axtarışı ilə bağlı millidəki komanda yoldaşı Romelu Lukakudan kömək istədiyinə dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol