"Marsel"in yaxın günlərdə baş məşqçi Andre Villaş-Boaşla yolları ayıracağı gözlənilir.
Fanat.Az "L’Équipe" nəşrinə istinadən xəbər verir ki, "Marsel" "Monako"nun sabiq baş məşqçisi Leonardu Jardimin xidmətində maraqlıdı. Siyahıdakı digər isim isə "Lill"in çalışdırıcısı Kristof Qaltyedi.
Villaş-Boaş və "Olimpik"in prezidenti Jak-Anri Eyro arasında fikir ayrılığı yaranıb. Bu səbəbdən portuqaliyalı mütəxəssisin postunu tərk edəcəyi bildirilir.
Daha öncə "Mançester Siti"nin sabiq direktoru Harri Kukun "Marsel"in prezidenti olacağına dair xəbərlər yayılmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol