Kişi basketbolçuların İspaniya çempionatının final mərhələsinin Barselonada keçirilməsi mümkün olmayacaq.
Fanat.Az "Eurohoops"a istinadən xəbər verir ki, "Barselona" ev sahibliyi üçün müraciət etməmək qərarına gəlib. Siyahıda Almeriya, Andorra, Qran-Kanariya, Madrid, Menorka, Navarra, Tenerife, Valensiya və Saraqosa şəhərlərinin adları var.
İspaniya ACB Liqasının rəhbərliyi daha öncə çempionatın final mərhələsinin 12 komandanın iştirakı ilə bir şəhərdə keçirilməsini klublarla razılaşdırmışdı. Yekun qərarın 31 mayda veriləcəyi gözlənilir.
Fanat.Az