Azərbaycan millisinin voleybolçusu Nikalina Başnakova karyerasını Türkiyədə davam etdirəcək.
Fanat.Az xəbər verir ki, 22 yaşlı hücumçu "Sarıyer Bələdiyespor”la müqaviləsini artırıb.
O, Sultanlar Liqası komandası ilə 1 illik yeni razılıq əldə edib.
Milliləşdirilmiş legioner 2016/2017 mövsümündən qonşu ölkədə oynayır. Yığma üzvü 1 il "Bursa BBSK”da oynadıqdan sonra 3 mövsümdür "Sarıyer Bələdiyespor”da çıxış edir.
Fanat.Az