"Bolonya”nın baş məşqçisi Sinişa Mixayloviç Zlatan İbrahimoviçin bu yay "Milan"dan ayrılacağını bildirib.
Fanat.Az xəbər verir ki, serb çalışdırıcı İtaliya mətbuatına müsahibəsində belə deyib:
"Zlatan bir neçə gün əvvəl mənə zəng etdi. Baxaq görək, o, yayda hansı qərarı verir. Dəqiq bilirəm ki, o, "Milan”da qalmayacaq. Ya bizim komandaya keçəcək, ya da İsveçə qayıdacaq”.
İbrahimoviçin "Milan”la olan müqaviləsinin müddəti bu yay bitir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol