Bu gün Almaniya Bundesliqasının 26-cı turu çərçivəsində daha 2 görüş baş tutub.
Fanat.Az xəbər verir ki, "Köln” "Maynts”ı qəbul edib və qollu bərabərliyə razılaşıb.
"Bavariya” isə rəqib meydanında "Union Berlin”ə liderin kim olduğunu başa salıb.
"Köln” – "Maynts” – 2:2
Qollar: Uth, 6-pen. (1:0), Kaynz, 53 (2:0), Avoniyi, 61 (2:1), Malonq, 72 (2:2)
"Union Berlin” – "Bavariya” - 0:2
Qol: Levansovski, 40-pen. Pavar, 80
Bu qələbə sayəsində xal hesabını 58-ə yüksəldən "Bavariya” liderliyini möhkəmləndirib. "Borussiya” (Dortmund) 54 xalla ikinci, Münhenqladbax "Borussiya”sı isə (52 xal) üçüncüdü.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol