"Keşlə"nin futbolçusu Con Kamara Türkiyə və Qazaxıstan klublarından təklif alıb.
Fanat.Az xəbər verir ki, bu barədə futbolçu sports.kz saytına müsahibəsində bildirib.
Müqaviləsi başa çatmaq üzrə olan sierra-leoneli yarımmüdafiəçi agentlərinin gələcək karyerası üzərində çalışdıqlarını bildirib: "Türkiyə, Qazaxıstan və digər ölkələrdən mənə maraq göstərən və maraqlı təkliflər ünvanlayan klublar var. Futbolçuyam, vəziyyət düzəldikdən sonra istənilən vaxt və harada olsa, oynamağa hazıram".
"Keşlə"yə gələnədək Qazaxıstanın "Kaysar" klubunda çıxış etmiş Kamara iki ölkəni və onların çempionatlarını müqayisə edib: "Açığı, Bakı gözəl şəhərdi. Burada həyatı maraqlı edən çox şey baş verir. Azərbaycan başqa ölkədi, orada insanlarla birgə olaraq, onlarla danışmaq və başa düşmək asandı. Qazaxıstanda isə əsas problemlərimdən biri dillə bağlı idi. Xüsusən, yaşadığım Kızılorda şəhərində. Hər iki ölkənin liqaları çox yaxşı, rəqabətədavamlıdı. Fərq ondadı ki, Qazaxıstanda komanda və oyun sayı daha çoxdu. Amma səviyyə sadəcə eynidi"
Qeyd edək ki, Con Kamara 2019-cu ilin yanvarından "Keşlə"də çıxış edir.
Fanat.Az