Florentin Poqba karyerasını Fransa Liqa 2-də çıxış edən "Soşo" klubunda davam etdirəcək.
Fanat.Az "Soşo"nun rəsmi saytına istinadən xəbər verir ki, növbəti həftə tibbi müayinədən keçdikdən sonra qvineyalı müdafiəçi ilə 3 illik müqavilə imzalanacaq.
Florentin "Mançester Yunayted"in yarımmüdafiəçisi Pol Poqbanın böyük qardaşıdı. 29 yaşlı futbolçu daha öncə "Atlanta Yunayted", "Gənclərbirliyi", "Sedan" və "Sent-Etyen" klublarında forma geyib.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol