"Sumqayıt" koronavirus pandemiyası üzündən martda dayandırılan Azərbaycan Premyer Liqasının bərpa edilməsinə qarşıdı.
Fanat.Az-ın məlumatına görə, Klublar Komitəsinin mayın 14-də keçirilən videokonfransında "kimyaçılar"ı klub prezideti Riad Rəfiyev təmsil edib və müxtəlif arqumentlərlə narazılığını dilə gətirib.
Onun rəhbərlik etdiyi camiənin çempionatın bərpasına qarşı çıxmasının əls səbəbi də bəllidi. Hazırda turnir cədvəlində 4-cü yerdə olan "gənclik şəhəri"nin komandası bu yolla Avroliqaya vəsiqə qazanmaq istəyir.
Belə ki, Premyer Liqa ləğv olunacağı, Azərbaycan Kubokunun finalı keçirilməyəcəyi halda, turnir cədvəlində 4-cü pilləni tutan komanda Avropa Liqasında oynamaq hüququ qazanacaq.
Məsələ ilə əlaqədar klubun rəsmi mövqeyini öyrənmək istəsək də, "Sumqayıt”ın mətbuat katibi Rəşad Məmmədov bu barədə heç bir məlumatının olmadığını söylədi.
Fanat.Az