"Yuventus" Paulo Dibala ilə müqavilə yeniləyəcək.
Fanat.Az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, Dibalanın yeni sözləşməsi 2025-ci ilə kimi nəzərdə tutulacaq. Argentinalı futbolçunun 7,5 milyon avro olan məvacibi artırılacaq. Həmçinin anlaşmaya bonusların daxil ediləcəyi də bildirilir.
Cari mövsümdə İtaliya A Seriyasında 24 matçda meydana çıxan Dibalanın aktivində 7 qol, 8 məhsuldar ötürmə var.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol