İtaliyada koronavirus səbəbindən idman yarışlarına qoyulan qadağa iyulun 14-nə kimi uzadılıb.
Fanat.Az "Sport Mediaset"ə istinadən xəbər verir ki, artıq bununla əlaqədar İtaliyanın baş naziri Cüzeppe Konte sərəncam imzalayıb. Pandemiya ilə bağlı vəziyyət yaxşılışacağı halda, məsələyə yenidən baxılacaq.
Bu isə o deməkdi ki, A Seriyası planlaşdırıldığı kimi iyunun 13-ə bərpa olunmayacaq. Çempionatın iyunun 20-i yenidən başlayacağı güman edilir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol