Məşhur rus aktrisası Yana Koşkinanın öncə fiqurlu konkisürmə, ardından bədii gimnastika ilə məşğul olduğunu çoxları bilmir.
1990-cı ildə kasıb ailədə doğulan Yana bir müddət nəinki Sankt-Peterburqun, ümumilikdə Rusiyanın ən perspektivli yeniyetmə gimnastlarından sayılıb. Ölkənin əsas yığmasına çağırılmaq, İrina Vinerin rəhbərliyi altında məşq etmək şansı yaxalayanda isə aldığı zədə sözün əsl mənasında taleyini dəyişib.
Məhz zədəli olarkən serialların birində epizodik rola çəkilmək təklifi alan gözəl qız qısa müddətdə fərqli sahədə ulduzlaşıb və bir daha peşəkar idmana qayıtmayıb.
O, hazırda həm aktrisa, həm teleaparıcı, həm də model kimi fəaliyyət göstərir. Artıq Koşkina 50-dən çox filmdə rol alıb.