"Yuventus"un sabiq hücumçusu Alessandro Del Pyeronun sağlamlığı qaydasındadı.
Fanat.Az xəbər verir ki, Del Pyero xəstəxanadan evə buraxılıb. 45 yaşlı italyan instaqram hesabında bu barədə paylaşım edib:
"Gözəl mesajlarınız üçün hamınıza təşəkkür edirəm. Özümü daha yaxşı hiss edirəm. Artıq evdəyəm".
Del Pyeronun böyrəyində daş aşkarlanmışdı.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol