"Barselona"nın müdafiəçisi Ksavye Muyamba Avropa nəhənglərinin maraq dairəsinə düşüb.
Fanat.Az "Voetbal International"a istinadən xəbər verir ki, onların sırasında "Real" da var. 18 yaşlı futbolçunun meneceri Karlos Baros bu barədə məlumat verib:
"Hazırda "Barselona"da vəziyyət birmənalı deyil. Yeni prezident seçkiləri yaxınlaşır, rəhbərlik dəyişə bilər. Klub həm siyasi, həm də idman nöqtəyi nəzərdən qarışıq vəziyyətdədi. Hətta Ansu Fatinin belə, icarəyə göndəriləcəyi deyilirsə, özünüz düşün, digər istedadlı oyunçuların gələcəyi necə olacaq?
Demək olar ki, bütün böyük klublar Ksavye ilə maraqlanırlar. Onların sırasında "Real" da var. "Madridlilər" gənclərdən ibarət komandaya böyük önəm verirlər. Aradakı rəqabəti nəzərə alsaq, bu, bir az çətin transfer ola bilər. "Yuventus" və "İnter" də Ksavyeni heyətinə qatmaq istəyirlər. Amma ən yaxşı təklif "Çelsi"dən gəlib".
Muyamba 2019-cu ilin yayında 310 min avro qarşılığında "Maastriht"dən transfer edilib. O, "Barsa"nın U-19 komandasında çıxış edir.
Fanat.Az

Xəbərləri ilk siz oxuyun! Telegram kanalımıza abunə olun.
Abunə Ol